<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>98</hymn_number>
<title>Sən, ey bütün dünya, Rəbbə nida et İL98</title>
<lyrics>[V1]
 Sən, ey bütün dünya, Rəbbə nida et,
 Onun səcdəsinə cani - dildən get.
 Sevinc nəğməsiylə izzətləndirib,
 Son nəfəsə qədər Ona qulluq et.

[C1]
   Səmavi Atamız, Ulu Tanrımız,
   İsmin hər bir dildə müqəddəs olsun.

[V2]
 Bilin ki, Allahdır bizi yaradan,
 Hüzuruna gəlin, oxuyun şükran.
 İsmini müqəddəs tutun hər zaman
 Onun sevgisidir bizi yaşadan.

[V3]
 Rəbb necə gözəldir, necə əzizdir,
 Sonsuz məhəbbəti pakdır, təmizdir.
 Vəfalı Allahın bol sədaqəti
 Əsrlərcə yaşar ümman dənizdir.</lyrics>
</song>